​İCRA BAŞÇISI İÇKİLİ VƏZİYYƏTDƏ VƏTƏNDAŞI DÖYÜB – Vaqif Abdullayevin bu əməli etiraz doğurdu

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı həftənin şəriksiz lideridir

Baxış sayı:
7354

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 16-21 aprel 2018-ci ildə mətbuatda adı ən çox hallanan İcra hakimiyyətin başçıları arasında da 1-ci və yeganə yeri “İcra başçısı içkili vəziyyətdə məni döydü. Bizə onun kimi başçı lazım deyil'' – VİDEO””, “'Sərxoş icra başçısı vətəndaşı döydü, şəhidləri təhqir etdi - FOTO” başlıqlı məqalənin 2 saytda yayılması ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tutur.
Xatırladaq ki, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev ötən həftə də siyahımızda birinci yeri tuturdu...

Muxalifet.az