​İcra başçısı, general və iş adamının pullarını “yeyib” – ŞOK FAKTLAR

Dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazov barəsində olan hökmdən kassasiya şikayəti verib. “Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 10-na təyin edilib. İşə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ittihama aktına əsasən, 2012-ci ildə “Şərur-İnşaat” şirkətinin rəhbəri İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.
Bundan başqa, Şərur rayonunun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev də məhkəmədə zərərçəkmiş səxs qismində ifadə verib.
A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
2015-ci ilin dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətini təmin etməyib.