​İcra başçısı deputatdan 30 min manat rüşvət istəyib? – ASİF ƏSGƏROV HAQDA SENSASİON İTTİHAM

Neftçala rayon İcra Hakmiyyətinin başçısı İsmayıl Vəliyev də rüşvət almaqda ittiham olunur

Baxış sayı:
11143

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 12-18 noyabr 2018-ci il tarixində elektron mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri ““İcra başçısı məndən bir qapının açılması üçün 30 min manat pul istəyir” - Millət vəkili”, “Adil Əliyevdən 30 min istəyən istəyən icra başçısı kimdir? - Deputatdan açıqlama”, “Deputatdan 30 min istəyən Nəsimi icra başçısı imiş”, “Nəsimi icra başçısı deputatdan 30 min niyə istəyib?”, “Deputatdan 30 min istəyən icra başçısının adı məlum oldu – ŞOK” başlıqlı 5 məqalənin 8 elektron KİV-də yayılması ilə Nəsimi rayon İcra Hakmiyyətinin başçısı Asif Əsgərov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci  yeri “Sabirabad RİH qəzeti İcra Başçısını rüsvay elədi: maaş vermir, məmurlar batır, məktəblər isə…”, “Sabirabad RİH qəzeti İcra Başçısını rüsvay elədi |”, “Dəbdəbəli imarətlər, 200 minlik maşın, adam oğurluğu- Sabirabad icra başçısı haqda ŞOK FAKTLAR”, “Sabirabad icra başçısı haqda ŞOK FAKTLAR” başlıqlı  4 məqalənin 7 elektron KİV-də yayılması ilə Sabirabad rayon İcra Hakmiyyətinin başçısı Nazim İsmayılov tutur.


Nəhayət, mətbuatda adı ən çox hallanan icra hakimiyyətin başçıları arasında 3-cü yeri isə “İcra başçısına RÜŞVƏT İTTİHAMI - VİDEO”, “''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə Neftçala rayon İcra Hakmiyyətinin başçısı İsmayıl Vəliyev tutur.
 
Muxalifet.az