İcra başçılarına “reket jurnalistlər” xəbərdarlığı

Bir müddət öncə DTX-nin keçirtdiyi əməliyyat nəticəsində bir neçə reket jurnalist həbs olundu və hazırda bu istiqamətdə işlər davam etdirilir.
 
Məlumata görə, aparılan işlər heç də yalnız jurnalistlərə şamil edilmir. Həmçinin aparılan araşdırmalar sübut edib ki, dövlət orqanlarında çalışan , əsasən də icra başçıları az qala reket jurnalistlərin girovlarına çevriliblər. Belə ki, haqlarında kompromat materialların olmasına görə məmurlar hər ay reket jurnalistlərə müəyyən miqdarda pul ödəyirlərmiş. Buna görə də ən yüksək səviyyədə icra başçılarına xəbərdarlıq edilib ki,  reketlərə aylıq pul ödəyənlər vəzifələrini itirəcəklər. Bu səbəbdən artıq reket jurnalistlərlə icra başçıları arasında gərginlik artmağa  başlayıb.