İcbari tibbi sığortaya dair yeni qaydalar hazırlanacaq - Novruz Məmmədov tapşırıq verdi

Baxış sayı:
4297

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla icbari tibbi sığortada iştirak etmək hüququ olan tibb təchizatçıları və ya tibbi ərazi bölmələri üçün tələblər barədə təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. 
Bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq sərəncam imzalayıb. 
Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydası barədə təkliflərini də altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.