"İcazə versəniz, qızımın namizədliyini verərdim" - Xanhüseyn Kazımlıdan PREZİDENTƏ ŞOK MƏKTUB / Foto

Baxış sayı:
6424

Sosial şəbəkələrdə Sosial Rifah Partiyasının sədri, sabiq deputat Xanhüseyn Kazımlının Prezident İlham Əliyevə məktubunun surəti yayılıb.
 
Partiya sədri dövlət başçısına müraciət edərək qızı Əsli Kazımovanın millət vəkili seçilməsini istəyib: "Əgər icazə versəniz, mən hər hansı dairədən millət vəkili seçilməyimə razı deyiləm. Əvəzimdə isə, Sosial Rifah Partiyası sədrinin birinci müavini Kazımova Əsli Xanhüseyin qzının namizədliyini doğulduğum diyardan verərdim..."
 
X.Kazımlının yazdığı iddia olunan məktubda partiya sədri qızı haqqında xeyli təriflər yazıb.
 
Qeyd edək ki, Əsli Kazımova deputatlığa namizəddir. O, namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb və sənədləri DSK-ya ötən gün təqdim olunub.
 
“Qafqazinfo” məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb. X.Kazımlı namizədliyini irəli sürmədiyini bildirib. Əlavə edib ki, partiya ölkə başçısının kursuna uyğun siyasət müəyyənləşdirir: "Gənclərin irəli sürülməsi siyasətini dəstəkləyirik".
 
Ə.Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.
 
Xanhüseyn Kazımlı özü birinci, ikincı, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub. O, ötən illərdə 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdi.