İcarəyə vermək üçün mənzili hansı ölkədən almalı?

Xaricdə əmlak alanların bir qismi həmin əmlakı yaşamaq üçün deyil, icarəyə verərək gəlir əldə etmək üçün alır. Xaricdə icarəyə vermək üçün əmlak alınması sərfəlidirmi? Bu zaman nə qədər gəlir götürmək olar? 
Muxalifet.az FED.az-a istinadən xəbər verir ki, Avropanın böyük hissəsində əmlakların icarəsi bazarı sürətlə böyüməkdədir. Buna turizmin inkişafı, "Airbnb" kimi saytlar vasitəsilə dünyanın istənilən yerində icarə mənzil tapmaq imkanının olması, eləcə də, müasir gənclərin çevik həyat tərzi şərait yaradır Belə ki, hazırkı gənclər üzərlərinə böyük məsuliyyət götürməyə tələsməyərək, hələlik kirayə evlərdə yaşamağa üstünlük verirlər.
Mənzillərin kirayə verilməsi sahəsində şəriksiz lider Almaniyadır – burada əmlakların 54,3%-i xarici və yerli sakinlərə icarəyə verilir. İri şəhələrdə, məsələn, Berlində bu rəqəm 70%-ə çatır. Ona görə də narahatlığa əsas yoxdur – Almaniyada evi olanlar ona hökmən icarəçi tapa biləcəklər. İcarənin aktivliyinə görə, ilk üçlüyə Danimarka (34,4%) və Avstriya (30,2%) da daxildir.
Digər ölkələrdə icarəyə verilən əmlakların payı belədir:
4. Hollandiya – 26,5%
5. Fransa – 25,3%
6. İrlandiya və Belçika – hərəyə 24,4%
7. Böyük Britaniya – 24,1%
8. Çexiya – 23,4%
9. İsrail – 22%
10. Polşa – 15,3%
11. Portuqaliya – 14,2%
12. Latviya – 13,2%
13. İtaliya – 12,9%
14. Estoniya – 10,3%
15. İspaniya – 7,5%
16. Litva – 5,2%
17. Macarıstan – 3,9%
18. Sloveniya – 2,4%
Qiymətləndirilən gəlir səviyyəsi
Analitiklər daşınmaz əmlaka yatırımdan gəlirləri hesablayanda 1 kvadratmetr sahənin qiyməti və icarə haqqını nəzərə alıblar. Son rəqəm faizlə göstərilib və il ərzində müştərinin əmlakın dəyərinin hansı hissəsi qədər gəlir əldə edəcəyini göstərir. Amma burada vergilər və digər xərclər nəzərə alınmayıb.
Aşağı gəlirli şəhərlər