İbrahimoviç 500-cü qolunu vurdu - VİDEO

Baxış sayı:
3133

“Los-Anceles Qalaksi” klubunda forma geyinən isveçli hücumçu Zlatan İbrahimoviç karyerasında 500-cü qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı ulduz komandasının səfərdə “Toronto”ya 3:5 hesabı ilə məğlub olduğu matçda fərqlənib.

O, fantastik zərbə ilə baxımlı qola imza atıb.