​İbrahim Kalın: "Türkiyənin top atəşindən sonra 40-50 avtomobildən ibarət karvan Afrindən geri çəkildi"

Baxış sayı:
6550

“Hələb yaxınlığından Afrinin cənub hissəsinə, oradan isə şəhər mərkəzinə girməyə təşəbbüs göstərən 40-50 avtomobildən ibarət karvan top atəşindən sonra geri çəkildi”.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
“Türkiyə Silahlı Qüvvələrinin fevralın 21-də yaydığı açıqlamaya əsasən, 1780 terrorçu zərərsizləşdirilib. “Zeytun budağı” əməliyyatı Afrin və ətrafındakı terror ünsürləri zərərsizləşdirilənədək davam edəcək. “Əsəd rejimi ilə YPG arasında anlaşma imzalandı” deyə xəbərlər yayıldı. Biz məsələyə ehtiyatla yanaşılmasının vacibliyini bildirdik”, – sözçü vurğulayıb.
Onun sözlərinə görə, PYD/YPG ilə Bəşşar Əsəd rejimi arasında iddia edildiyi kimi, bir anlaşmanın olduğundan söhbət gedə bilməz: “Anlaşma olsa belə Türkiyə olaraq əməliyyatla bağlı planlarımızı eyni qətiyyətlə davam etdirəcəyik. Rejim və ya başqa ünsürlərin bu addımlarının çox ağır nəticəsi olacaq”.