İbadət zamanı keşişə bıçaqla hücum edildi

Baxış sayı:
2104

Kanadada Katolik kilsəsində təşkil edilən dini mərasim əsnasında rahib bıçaqlı hücuma uğrayıb.
 
Hadisə Kanadanın Montreal şəhərində katolik kilsəsi olan Saint Cozef-də səhər saatlarında meydana gəlib.
77 yaşındakı rahib Klod Grou çıxış etdiyi sırada, bir adamın bıçaqlı hücumuna uğrayıb. Canlı yayımlanan proqram əsnasında meydana gələn hücumda təcavüzkar bir anda əlində bıçaqla kürsüyə çıxıb və rahibi bıçaqlayıb. Təhlükəsizlik əməkdaşı və camaatın müdaxiləsi ilə təcavüzkar təsirsiz hala gətirilərək polisə təslim edilib. Rahib təcili olaraq xəstəxanaya aparılıb.
26 yaşındakı təcavüzkarın polis tərəfindən tanınan biri olduğu, hadisə ilə əlaqədar istintaq başladığı bildirilib.
Hücumdan sonra Kanadanın baş naziri Justin Trudeau da sosial media hesabından hücumu 'qorxunc' adlandıraraq "Rahib Claude Grou, Kanadalılar səni düşünür və tezliklə sağalmanı diləyirlər" mesajını paylaşıb.
Müxalifət.az