İbadidən “QƏNDİL ƏMƏLİYYATINI DAYANDIRIN” ÇAĞIRIŞI

Baxış sayı:
4015

Türkiyənin terror təşkilatı PKK-ya qarşı təşkil etdiyi əməliyyat Bağdad rəhbərliyində narahatlığa səbəb olub.
 
Terrorla mübarizədə qətiyyətli hücum dövrünə keçən Türk Silahlı Qüvvələri, terror təşkilatı PKK-nın kökünü kəsməkdə qərarlıdır.
Suriyadan sonra İraqda da təşkilata qarşı geniş əməliyyat başlayan Türk əsgəri, addım-addım Qəndilə yaxınlaşır.
İraqın şimalında davam edən əməliyyat, illərdir təşkilatın bölgəyə yerləşməsinə icazə verən Bağdad rəhbərliyini narahat edib.
 
“TÜRK ƏSGƏRİ GERİ QAYITSIN” ÇAĞIRIŞI
 
İraqın baş naziri Heydər Əl İbadi, Türkiyənin ölkəsinin suverenliyinə hörmət edərək əməliyyatları dayandırmasını istəyib.
Türkiyəyə terror ixrac edilən Qəndili məhv etməkdə qərarlı olan Türk əsgərini dayandırmaq istəyən İbadi, torpaqlarından Türkiyəyə qarşı hər hansı bir hücuma icazə verməyəcəklərini bildirib.
İbadi, "Türkiyəyə, İraqın suverenliyinə hörmət göstərməsi və İraq ərazisində hərbi əməliyyat keçirməməsi üçün müraciət edirik" deyə, söyləyib.
Qeyd edək ki,  İbadi bu absurd xarakterliət açıqlamaları edərkən qəhrəman Türk əsgəri terror təşkilatına zərbə vurmağa davam edirdi.
Müxalifət.az