İbadi, İraqın baş naziri vəzifəsindən çəkildi

Baxış sayı:
2122

İbadi, Bağdadda keçirdiyi mətbuat konfransında, "Dini Lider Ayətullah Əli əs-Sistaninin göstərişinə hörmət edirik və buna əməl edəcəyik. İkinci dövr baş nazirlik tələbim olmadı, olmayacaq da. Kresloya sarılı qalmayacağam" deyərək, yeni hökumət üçün baş nazir namizədliyindən çəkildiyini deyib.
 
“VƏZİFƏNİ DİNC YOLLARLA TƏHVİL VERƏCƏYİK”
 
Iraqda vəzifə təhvilinin silahlı münaqişə ilə deyil, sülh yolu ilə olması lazım olduğunu ifadə edən İbadi, “Xalqa xidmət nöqtəsində vəzifəmiz yeni hökumət qurulana qədər davam edəcək. Dinc yollarla vəzifənin təhvil verilməsi dərsini hamıya verəcəyik".
 
SİSTANİ "NAMİZƏD OLSAN DƏSTƏKLƏMƏYƏCƏYİK" MESAJINI VERMİŞDİ
 
Qeyd edək ki, İraqda Nəcəf mərkəzli Şiə dini təriqətinin lideri Əli əs-Sistani, ölkədə keçmiş dövrlərdə hakimiyyətdə olmuş şəxslərin yeni dövr üçün baş nazirliyini dəstəkləməyəcəyini açıqlayıb. Bu açıqlama, ikinci dövr baş nazirlik üçün çalışan İbadiyə Nəcəfdən veto gəldiyi şəklində şərh olunmuşdu.
İraqda parlament seçkiləri 12 may tarixində keçirilsə də siyasi münaqişələrdən dolayı hələ də hökumət qurulmayıb.
Müxalifət.az