​I sinfə sənəd qəbulu başladı - VİDEO

Baxış sayı:
9952

Bu gündən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. Bu barədə Hurriyyet.org Təhsil Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.
Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.