​I Dünya müharibəsi ilə bağlı xatirə tədbirləri başladı

Baxış sayı:
79

Parisdə noyabrın 11-də Birinci Dünya müharibəsi (1914-1918) qələbəsinin 100 illiyi münasibət ilə keçiriləcək tədbir zamanı təhlükəsizliyin təmin olunmasına 10 min polis əməkdaşı cəlb olunub.
Muxalifet.az xəbər verir ki, bu haqda Fransanın Daxili İşlər naziri Kristofer Kastaner Paris polis prefekturasında toplantı zamanı söyləyib.
Nazir bildirib ki, 98 xarici nümayəndə heyəti və 72 dövlət və hökumət rəhbəri Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyi münasibəti ilə təşkil olunan anım tədbirinə və Sülh Forumuna qatılacaq.