HƏZM EDƏ BİLMİRLƏR - "NATO SİSTEMİ İLƏ UYĞUN GƏLMİR"

Baxış sayı:
5161

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Yunanistan da NATO üzvü olduğu halda, onun S-300 almasına səs çıxarmayan ABŞ, Türkiyənin S-400 əldə edilməsi ilə bağlı yersiz narahatlığını dilə gətirməkdədir.
ABŞ XİN mətbuat katibi Hizer Noyert deyib: “Türkiyə bir NATO ölkəsidir və buna görə də NATO-daki müttəfiqlərinizlə müvafiq silahlar satın almağınız gözlənilir. Biz bu sistemlərin NATO sistemi ilə uyğun gəldiyini görmürük”.
NATO-nun cənub sərhədini təşkil edən və mövqeyi ilə təkcə özünü deyil, digər bir çox NATO üzvü ölkəni də qoruyan Türkiyənin Suriya və İraq toraqlarından gələn təhlükələrə qarşı illərlə NATO-nu öz vəzifəsini yerinə yetirməsini eşitməyn ABŞ, Türkiyənin özünün addımlar ataraq hava müdafiə sistemini əldə eləməyi məsələsi ilə bağlı “NATO müttəfiqliyi” bəhanəsini irəli sürməyə davam edir.