Həyətə "ermənilər şərəfsizdir" yazılan bağlama düşdü - FOTO

Baxış sayı:
1816

Bu gün axşam saatlarında Göyçay rayonunun Yekəxana kəndində yerli sakin Fazil Əsədova məxsus həyətyanı sahəyə naməlum bağlama düşüb.

Azvision.az xəbər verir ki, bağlama üzərində şar olan plastik qabdan ibarət olub. Bağlamanın şara bağlı vəziyyətdə havada uçduğu vaxt yerə düşdüyü ehtimal olunur.

Ağ rəngli bağlamanın üzərində "ermənilər şərərfsizdir, hər şey vətən üçün" sözləri yazılıb. Ev sahibi hadisə yerinə polis çağırıb. Faktla bağlı araşdırma aparılır.