Həyat yoldaşını və qaynanasını qətlə yetirən şəxs polisə təslim oldu - YENİLƏNİB-3

Zaur Əliyev polisə könüllü təslim olub
 
Göygöldə həyat yoldaşını və qaynanasını qətlə yetirən Əliyev Zaur Adil oğlu könüllü olaraq polisə təslim olub.
Öldürülən şəxslərin kimliyi də məlum olub. Bunlar 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və onun anası 1964-cü il təvəllüdlü Əliyeva Minayədir./report
***21:06
Göygöl rayon sakini qaynanasını və həyat yoldaşını qətlə yetirib.
Qatil həm də mərhumun bacısı oğludur. 
Zaur adlı şəxs qaynanasını və həyat yoldaşını öldürdükdən sonra hadisə yerindən qaçıb.
Onların iki azyaşlı övladları var.
*** 18:42
Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.
Onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
*** 18:22
Göygöl rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakinləri Təcili Tibbi Yardım Stansiyasına (TTSİ) zəng edərək iki naməlum şəxsin öldüyü barədə məlumat veriblər.
Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları orada bir nəfərin başının bədənindən ayrıldığını, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralandığını görüblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, əraziyə baxış keçirilib./report