Həyat yoldaşı və 4 uşağı qaçırılan atanın fəryadı

Baxış sayı:
7744

Suriyada Kamışlıya bağlı Dırbəsiyə mahalında terror təşkilatı YPG / PKK tərəfindən həyat yoldaşı və 4 kiçik uşağının qaçırıldığını iddia edən adam terror təşkilatına təpki göstərərək sosial mediada paylaşdığı videoda gözyaşları içərisində yaşadığı əzabı izah edib.
 
Atanın kürd dilində duyğularını dilə gətirdiyi videoda, terror təşkilatı YPG / PKK-nın həyat yoldaşı və 4 kiçik uşağını qaçırdığını, çox kiçik olan uşaqlarının aparıldığını deyib.
Ailəsi qaçırılan ata terror təşkilatına olan qəzəbini belə ifadə edib:
"İnsanlar haradadır. Heç kimdə namus qalmamışmı? Uşaqları bir tərəfə, analarını bir tərəfə apardılar. Siz onları da dağa çıxaracaqsınız? Uşaqlar kiçikdir, hər biri iki üç yaşındadır. Onları götürüb apardılar. Şərəfl,i namuslu insanlar haradadır? Dırbəsiyə milləti haradadır, namus, şərəf qalmamşmı”?
 
"Ən böyük İŞİD sizsiniz"
 
Terror təşkilatı YPG / PKK-nın İŞİD-dan daha böyük zülmlər etdiyini dilə gətirən ata, "Siz İŞİD-dan daha betərini etdiniz. Böyük İŞİD sizsiniz. Vallahi böyük İŞİD sizsiniz. Haradadır insanlıq. Siz bu şəkildəmi Kürdüstanı quracaqsınız, uşaqları istifadə edərəkmı edəcəksiniz bu işi? Bu etdiyiniz iş deyil. Bu gün bunu bizə etdilər, sabah eynisini sizin başınıza gətirəcəklər. Bu necə bir qanundur ".
Müxalifət.az