"Həyat mənasız olduğu üçün artıq yaşaya bilmirəm” - İNTİHAR EDƏN GƏNCİN MƏKTUBU TAPILDI

Baxış sayı:
5520

Bu gün səhər saatlarında Neftçala rayonunun Bala Surra kəndində intihar hadisəsi baş verib. Belə ki, 24 yaşlı kənd sakini Sabir Əli oğlu Ələkbərov özünü həyətlərindəki tikintisi yarımçıq qalmış hamamda asaraq intihar edib. S.Ələkbərov intihar etməzdən əvvəl məktub yazıb qoyub. Məktubda deyilr: “Mənim ölümümdə heç kəsi günahkar bilməyin. Həyat mənasız olduğu üçün artıq yaşaya bilmirəm”. Onun dünən axşam toy məclisindən qayıdaraq yatdığı və səhər oyandıqdan sonra intihara əl atdığı deyilir. Sabir Ələkbərov sakit təbiətli gənc olub. Atası təqaüddə olan polis əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır./Virtualaz.org *** NEFTÇALADA DƏHŞƏT: 24 yaşlı gənc toydan qayıdıb özünü asdı Neftçalada 24 yaşlı gənc intihar edib. “Report” xəbər verir ki, hadisə axşam saatlarında Bala Surra kəndində baş verib. İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu toy mərasimindən evə qayıtdıqdan sonra həyətdəki yenicə tikilən hamamda özünü asaraq canına qəsd edib. Onun meyiti səhər saatlarında aşkar olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. S.Ələkbərovun intihar etməsinin səbəbi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.