“Həyasızlığın adını cəsarət qoyublar” - TANINMIŞ MEYXANAÇI - VİDEO

Baxış sayı:
11068

ARB TV-nin “Üçəlli” verilişinin növbəti qonağı meyxanaçı Aqşin Fateh olub.
Meyxanaçı zəmanəmizdən və bəzi insanların davranışlardan şikayətlənib:
“İndi elə bir dövrə gəlib çatmışıq ki, həyasızlığın adını cəsarət qoyublar. İnsan var ki, öz abrını qorumaq üçün harda susmaq lazım olduğunu bilir. İnsan da var ki, o sərhəddi, həddi bilməmək üçün harda gəldi bağırmaqla, qışqırmaqla, qalmaqalnan insanların yadında qalmaq istəyir. Amma o çox bərəkətsiz, şou, şöhrətdir. Mənəm-mənəm deyə demirəm.
Müğənni adına yaraşmayan bəziləri var ki, onlarda bu hal qıcıq yaradır ki, hansısa meyxana deyən 10 ildir ortalıqda yoxdur və yenidən səhnəyə qayıdanda mahnıları yenə də trenddə, yenə də insanlar tərəfindən sevilir.
Bir adam çıxıb ciddi oturanda deyirlər ki, özünü dartır. Mən o şeyi bacarmıram. Mənim xasiyyətim budursa, onlarla eyni səviyyəyə düşə bilmərəm. Onlar özlərinə bunu sığışdırırlar. Hər şeyə əl atırlar ki, “Instagram"da bunların şəklinə, videosuna yetərincə baxış sayı gəlsin”.