Hüseyn Həsənov izləyicilərinə pul və “Gelandewagen” verir - VİDEO

Baxış sayı:
412

Rusiyanın məşhur videobloqeri Hüseyn Həsənov yenidən izləyicilərini hərəkəti ilə heyrətləndirib.

Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, o, şəxsi Instagram hesabında izləyicilər arasında ənənəvi müsabiqə keçirib.

Şərtlərə əsasən izləyicilər şəxsi Instagram səhifələrinin "hekayə" bölməsində Hüseynin Instagram hesabını tag edib #геликподписчику #гусейн10млн yazmalıdır. Həsənov həmin şəxslər arasından seçim edərək onlara 100 min rus rublu hədiyyə verib. 

Bununla yanaşı yaxın günlərdə müsabiqə yolu ilə videobloqer şəxsi "Gelandewagen" avtomobilini izləyicilərindən birinə hədiyyə edəcək. Bunu onun Instagram hesabının "tarix" bölməsinə baxdıqda, aydın görmək olar.

Qeyd edək ki, bu, azərbaycanlı Hüseyn Həsənovun sosial şəbəkə hesabında keçirdiyi ilk və yeganə müsabiqə deyil. Bundan bir müddət öncə o, özünün idarə etdiyi qırmızı rəngdə lüks "Ferrari" avtomobilini hədiyyə etmişdi. 

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı bloqer izləyicilərinə pul və "Gelandewagen" verir