​Hüseyn Dəryanın qəbri açılacaq - VİDEO

Baxış sayı:
7462

Hüseyn Dəryanın qəbri açılacaq. 
Bu tələblə mərhum reperin qızı Ayşə “Bizimləsən” verilişində çıxış edib.
O, atasının digər evliliyindən dünyaya gələn Cahangirlə bacı-qardaş olmasını təsdiqləmək üçün qarşı tərəfin DNT analizi vermələrini istəyir. 
Ayşə Cahangirin anasına müraciət edərək belə deyib: "Sona xanım, atamın ruhuna hörmətsizlik etməyin. Gəlin, hər şeyi açıqlayın. Mən və bibilərim Qəbrin açılmasına qədər gedib çıxacağıq. İndi Türkiyəyə gedirəm, qayıtdıqdan sonra bibilərimlə birlikdə məhkəməyə gedib, o yolla Sona xanımdan DNT tələb edəcəyik".
Qeyd edək ki, Cahangirin anası Sona xanım bu tələbi özünə qarşı təhqir hesab edir və DNT analizi verməkdən imtina edir.