Hüquq müdafiəçisi Rövnəq Abdullayevə suallar ünvanladı - "Niyə yanvarda vurduğunuz çeklərin üzərində dekabr ayı yazılıb?”

Baxış sayı:
2850

“Pambıq “pripiska”sı kimi “sıfırlama əməliyyat”ı aparıblar. İndi utanmadan mətbuatda bəyan edirsiniz ki, bayram günləri olduğu üçün yanvarda sona çatdırmışıq. Sıfırlama özünüzün əhaliyə bəyan etdiyiniz kimi və Tarif Şurasının qərarına görə 28-31 dekabrda sona çatmalı idi. Siz isə məqsədyönlü şəkildə prosesə yanvar ayında başladınız”. Muxalifet.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “feysbuk” səhifəsində yazıb. “Niyə yanvar ayında vurduğunuz çeklərin üzərində dekabr ayı yazılıb?” “Bu halda, cənab Rövnəq Abdullayev, niyə əhaliyə izah etmirsiniz ki, yanvarın 11-dək (10 gün ) qaz sayğaclarında apardığınız qeydiyyat zamanı yanvar ayında əhalinin sərf etdiyi qaz dekabr ayının sərfinə yazılır? Niyə yanvar ayının 10 günü üçün 1 kubmetr qaz üçün 10 qəpik ödəməli olan əhali (limiti keçmiş və yanvar ayının da sərfi əlavə ediləndə limiti keçə bilən)20 qəpik ödəməlidir? Niyə yanvar ayında vurduğunuz çeklərin üzərində dekabr ayı yazılıb?” - deyə NHMT sədri sual edir. Cavid, Muxalifet.az