​Hulusi Kılıç: “Azərbaycanın üçrəngli bayrağı hər zaman ürəyimin üstündədir”

Baxış sayı:
5294

“Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilən ilk və hələlik yeganə xarici ölkə səfiriyəm”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Türkiyənin Bakıdakı keçmiş, Moldovadakı hazırki səfiri Hulusi Kılıç bildirib.
Səfir deyib ki, etimadnaməsini Moldovanın sabiq prezidenti Nikolae Timoftiyə təqdim edən zaman “Dostluq” ordenini taxması Azərbaycandakı dostları tərəfindən çox yaxşı qarşılanıb: “Azərbaycanın üçrəngli bayrağı hər zaman mənim ürəyimin üstündədir. Cənab Nikolae Timoftiyə dedim ki, Bakıda 5 ilə yaxın səfir işləmişəm və Prezident İlham Əliyev bu ordeni mənə verib. Belə bir ordenə sahib olmaqdan məmnunam. Bu, çox gözəl xatirədir”.
Qeyd edək ki, Hülusi Kılıç ötən il oktyabrın 13-də Moldova dövlət başçısının qəbuluna Azərbaycanın “Dostluq” ordeni ilə gedib.