​Həsən Ruhani: Türkiyə illərdir bununla qarşı-qarşıya qalıb

Baxış sayı:
2047

İranın qəti şəkildə iradəsi qardaş və dost ölkə Türkiyə ilə bütün sahələrdə səmimi münasibətlərin inkişaf etdirilməsi yönündədir.
Bu sözləri İran Prezidenti Həsən Ruhani Türkiyə parlamentinin sədri Binəli Yıldırımla görüşü zamanı deyib. O, Türkiyənin sabitliyini və təhlükəsizliyini öz ölkəsinin sabitliyi kimi gördüyünü bildirib:
“Bu istiqamətdə bir müddət əvvəl həyata keçirilən çevriliş cəhdinə qarşı İran Türkiyə dövlətinin sabitliyi və güclənməsi məsələsində konkret və şəffaf mövqe sərgiləyib”.
Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın sanksiyalarına qarşı mövqeyini müsbət qarşıladıqlarını söyləyib:
“İran və Türkiyə illərdir terrorizm problemi ilə qarşı-qarşıyadır. Nə vaxt iki ölkənin terrorçuluqla mübarizə məsələsində əməkdaşlığı artıbsa, bu sahədəki uğurları daha çox olub. İki ölkə son illərdə regional səviyyədə terrorizmlə mübarizədə çox yaxşı əməkdaşlıq edib”.
Ruhani Türkiyə ilə müxtəlif sahələrdə imzalanan razılaşmaların sürətli şəkildə tətbiq edilməsinin vacib olduğunu da qeyd edib.