​Həsən Ruhani İŞİD üzərində zəfər müjdəsini verdi: “İRAQ VƏ SURİYADA QƏLƏBƏ ÇALDIQ”

Muxalifət.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani “Biz İraq və Suriyada İŞİD üzərində qələbə çaldıq” açıqlamasını verib.
Qeyd edək ki, bu gün, prezidenrin açıqlamasından əvvəl, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani İran liderini qələbə münasibətilə təbrik eləmişdi.
Rusiya prezidenti Vladimir Putin də suriyalı həmkarı Bəşər Əsəd ilə görüşü zamanı respublikada terrorçulara qarşı əməliyyatların başa çatmaqda olduğunu bəyan edib.