Hərəkətə keçmək üçün Türkiyəni gözləyirlər

Baxış sayı:
3709

Türkiyənin Fərat şərqinə yönəlik əməliyyatına dəstək gəlməyə davam edir. Suriya Milli Ordusu Türkiyənin Fəratın şərqinə edəcəyi hərəkata 15 min əsgərlə dəstək verməyə hazır olduqlarını açıqlayıb.
 
Türkiyənin dəstəyilə yaradılan müxalif Suriya Milli Ordusunun sözçüsü mayor Yusif Hamud əməliyyat üçün hələ dəqiqləşən bir tarix olmadığını, ancaq 15 min Suriyalı döyüşçünün əməliyyata qoşulmağa hazır vəziyyətdə olduğunu bildirib.
“Reuters”-ə açıqlama verən Hamud əməliyyatın "Türkiyə və Suriya ərazilərindən sinxron şəkildə" başlayacağını qeyd edərək cəbhələri Menbiç, Tel Abyad və Resülayn olaraq sıralayıb. Hamud Türkiyə torpaqlarından əməliyyatın Suriyadan bir neçə gün əvvəl başlaya biləcəyini də qeyd edib.
Müxalifət.az