Hərəkətə keçdilər! Türkiyədə yeni “GƏZİNTİ” TƏXRİBATI

Baxış sayı:
6442

Fransadakı "Sarı JiletLİlər" qiyamı “gəzinti”, 17/25 dekabr fırıldağı hadisələri və 15 iyul dövlət çevrilişi cəhdi ilə Türkiyəni təslim ala bilməyən beynəlxalq şəbəkəni yenidən hərəkətə keçirib. Bu dəfə daha böyük bir "çətir” yaratmaq, müxtəlif siyasi dairələri də işin içinə qatmaq planları hazırlanır. Koalisiyanın mərkəzində FETÖ və xarici kəşfiyyat xidmətləri də var.
 
“Sarı Jiletlilər” aksiyası bəzi dairələrdə bu istiqamətdə "ümidlər" yaranmasına yol açıb.
 
ABŞ-da BİŞİRİLİB
 
Tədricən ictimai bir fikir formalaşdırmağa, AK Partiyaya müxalifət adı altında fərqli bir təşkilatlanma ilə dəstəklənməyə çalışılan bu fikir, bələdiyyə seçkiləri yaxınlaşdıqca daha da aydınlaşmağa başlayıb. Türkiyə yenidən "çoxmillətli müdaxilə" yə açıq vəziyyətə gətirilməyə çalışılır. “Gəzinti” hadisələrindən dərhal əvvəl, 22 mayda FETÖ-nun bütün yüksək səviyyəli səlahiyyətliləri ABŞ-a getmiş, 26-27 mayda Türkiyəyə qayıtmışdılar. “Gəzinti” hadisələri məhz bu görüşlərdən dərhal sonra, 27 mayda başlamışdı.
 
İLK MESAJ: 11.11.11
 
Yenidən isidilməyə çalışılan qlobal təxribatın fitili əslində 2011-ci ilin noyabr ayında yandırılmışdı. O günlərdə internet üzərindən dövriyyəyə buraxılan "11.11.11- Üsyan Istanbul/ Occupy Istanbul" başlıqlı video ilə Türkiyədə itaətsizlik çağırışları edilmişdi. FETÖ-çuların kimlik kimi istifadə etdiyi "F” seriyası 1 dolları ağzına bantla bağlayan bir gəncin görüntüsü ilə başlayan videonun davamında isə açıq üsyanın əvvəl TürkiyəyəƏ sonra da dünyaya yayılacağı mesajı verilmişdi. Görüntülərdə ucu İstanbulda başlayan insan zəncirinin əvvəl Türkiyəyə və sonra dünyaya yayılması göstərilirdi.
 

BAZANI GENİŞLƏNDİRMƏ SƏYİ
 
“Gəzinti” kimi təxribat hadisələrində istifadə olunan üsullar son günlər yenidən gündəmə gətirilib. Eynilə “Gəzinti” hadisələri ərəfəsində olduğu kimi "mülki itaətsizlik” vurğusu, “demokratik haqq” ritorikası diqqət çəkən sıxlıqda işlənməyə başlayıb. Bu dəfə koalisiyaya müxtəlif dairələr də daxil olub. Bəzi mətbuat orqanları və şəxslər Parisdə “Sarı jiletli” qiyamçıların əldə etdiklərini "demokratik qazanc” - deyə təqdim edərək “vətəndaş itaətsizliyinə” təşviq edilməsi diqqətlərdən qaçmayıb. FETÖ da bu planda mərkəzdəki yerini alaraq yenə də mühafizəkar elektoratı narahat edəcək mesajların verilməsinə təkan verib. Təşkilat son bir neçə gündür həbsxanalarda namaz, Quran oxumağın qadağan olunduğu mesajlarını dövriyyəyə buraxıblar. FETÖ-nun xarici mərkəzli mətbuat orqanlarında da yaxın gələcəkdə Türkiyədəki bəzi camaatlara qarşı əməliyyat keçiriləcəyi dezinformasiyasını təbliğ edirlər.
Müxalifət.az