"Hərəkatın dayanmasını dəstəkləyirik" - ​Almaniya Türkiyə-ABŞ anlaşmasından məmnundur

Baxış sayı:
343

Muxalifet.az Milliyet.com-a istinadla xəbər verir ki, Federal Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında çıxış edən XİN təmsilçisi Christofer Burger Almaniyanın ABŞ-Türkiyə arasında əldə olunan atəşkəs anlaşmasından razı qaldıqlarını bəyan edib.

Əldə olunan razılaşma ilə hərbi əməliyyata fasilə verilməsinin daimi atəşkəsə çevrilməsini arzuladıqlarını vurğulayan Burger, "Hərəkatın dayanmasını, gərginliyin azalmasını və dinc insanların qorunmasını dəstəkləyirik", - ifadəsini dilə gətirib.

Muxalifet.az