Həriri 11 gün sonra Fransada PEYDA OLDU - FOTO

Günlərdir heç bir xəbər alınmayan Livanın baş naziri Səad Həriri, gecə Səudiyyə Ərəbistanından Fransaya uçub. Günorta saatlarında Fransa prezidenti Makron tərəfindən qəbul edilən Həriri, ölkəsi Livana çərşənbə axşamı qayıdacağını açıqlayıb.
 
Fransa lideri Makron ilə birinci xanım Brigitte Makron, 4 noyabrda istefa verdiyini açıqlayan Həriri ilə həyat yoldaşı Larayı Yelisey Sarayının girişində qarşılayıb. Həriri ailəsi, oğulları Hüssamla birlikdə Yelisey Sarayına gəlib.
Müxalifət.az