Hərbi və siyasi ekspertlərdən hərbi əməliyyatlara başlamaq çağırışı

Baxış sayı:
19908

“Son vaxtlar Ermənistanın hakim dairələrinin, sabiq prezidentlər də daxil olmaqla, verdikləri bəyanatlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlar gözdən pərdə asmaq məqsədi daşıyır”.

Bu barədə azvision.az -a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu iflic vəziyyətə düşüb:

“ATƏT-in Minsk Qrupunun işi Dağlıq Qarabağın işğalının müddətini uzatmaqdır. Çünki bu gün onların əldə etdiyi nəticə budur. İşğalçının niyyəti işğal müddətini uzatmaqdır. ATƏT-in Minsk Qrupu da erməninin xeyrinə işləyir. Bundan sonra ATƏT-in Minsk Qrupunun dediyi ilə oturub-dursaq daha 26 il keçməli olacaq.

Ona görə Azərbaycan tərəfi yalnız konstruktiv mövqe ətrafında danışıqlar apara bilər. Bu olmadığı təqdirdə, ”Dağlıq Qarabağ heç vaxt Azərbaycanın olmayacaq" kimi düşüncəyə sahib olan Ermənistan tərəfi ilə danışıq aparmalı deyil".

Şair Ramaldanov ile ilgili görsel sonucu

Şair Ramaldanov: “Yumruğumuzu vurub məsələni həll etməliyik, başqa yol yoxdur”

Ş.Ramaldanov qeyd edib ki, hazırkı durumda işğala son qoymaq üçün Azərbaycanın yeganə yolu müharibədir: “Azərbaycan konkret antiterror əməliyyatı apararaq torpaqlarını işğaldan azad etməlidir. Çünki Azərbaycan üçün düşmən başqa bir yol qoymayıb. Ona görə də düşmən sülh danışıqlarını Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlayır. Belədirsə, danışıqlar nəyə lazımdır? Baş nazirləri Paşinyan deyir ki, ”Dağlıq Qarabağ Azərbaycanın olmayacaq". Keçmiş prezident Serj Sərkisyan da bunu təkrar edir. Ehtiyatda olan polkovnik hesab edir ki, Azərbaycan artıq gözləmə mövqeyindən əl çəkməlidir. Biz nəyi gözləyirik? Nə qədər gözləyəcəyik? Artıq Ermənistan tez-tez qeyd etdiyim fikirləri ifadə etməklə bizdə müəyyən bir şəkildə vərdiş yaratmaq istəyir ki, artıq Qarabağ Azərbaycanın deyil. Digər tərəfdən beynəlxalq qurumlarda bunu tez-tez səsləndirməklə onları da buna vərdiş etdirməyə çalışırlar. Biz isə bəyanat verərək oturub gözləyirik. Nəyi gözləyirik? Ya yumruğumuzu vurub, məsələni həll etməliyik, ya da başqa yol yoxdur. Bizim gücümüz də, iradəmiz də, silahımız da var. Biz birlikdə öz torpaqlarımızı işğalçıdan azad edərək qələbə bayrağını bərpa olunmuş sərhədlərimizdə sancmalıyıq. Başqa yolumuz yoxdur".

Siyasi ekspertlər də Ermənistanın və Minsk Qrupunun Azərbaycan üçün hərbi əməliyyatlara başlamaqdan başqa yol qoymadığını bildirirlər. Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, hərbi əməliyyatlara başlamaq lazımdır, müharibə variantında Ermənistanın Azərbaycan ordusu qarşısında duruş gətirmək imkanları yoxdur. Azərbaycan ordusu həqiqətən çox güclənib. Bunu sübut edən çoxsaylı faktorlar mövcuddur.

Nəzakət Məmmədova: ile ilgili görsel sonucu

Nəzakət Məmmədova: “Hərbi əməliyyatlara başlamaq lazımdır, müharibə variantında Ermənistanın Azərbaycan ordusu qarşısında duruş gətirmək imkanları yoxdur”

Eyni zamanda Ali Baş Komandan da  daim əminliklə bunu çıxışlarında vurğulayır. Azərbaycan ordusunun güclü olması beynəlxalq hesabatlarda da öz əksini tapıb. Ermənistan bu məsələdən xüsusi təşviş hissi keçirir: “Məsələn, Amerika Erməni Milli Assambleyası və başqa diaspora təşkilatları dəfələrlə ABŞ Konqresinə, Ağ Evə müraciət edərək regionda hərbi paritetin Azərbaycanın xeyrinə pozulduğu barədə həyəcan təbili çalıblar və ABŞ-ı Ermənistana silah satışına təşviq etməyə çağırıblar. Azərbaycan ordusunun şəxsi heyəti, silah arsenalı, büdcəsi Ermənistan ordusunun bu imkanlarından dəfələrlə böyükdür. Məsələn, 2019-cu il üçün Azərbaycanın hərbi büdcəsi 3 milyard 37 milyon manatdır, Ermənistanın hərbi büdcəsi isə 625 milyon dollardır. 2019-cu ilin ilk 6 ayı üçün qiymətləndirmədə Global Firepower Azərbaycan ordusunu hərbi qüdrətinə görə 137 ölkə arasında 64-cü yerə layiq görüb ki, bu da Cənubi Qafqaz orduları arasında ən güclüsüdür.  Gürcüstan 85-ci, Ermənistan 96-cı yerdədir.

Azərbaycanın 30-dan çox ölkə ilə hərbi-texniki əməkdaşlıq barədə sazişi var ki, onların başında bildiyimiz kimi Rusiya, Türkiyə, İsrail, Çin gəlir. 2009-cu ilin dekabrında Azərbaycanla Türkiyə arasında hərbi yardım haqda müqavilə imzalanıb. Ümumiyyətlə, ölkələrimiz arasında 100-dən artıq hərbi əməkdaşlıq sazişi mövcuddur. Azərbaycan bütün bunları və digər faktorları nəzərə alaraq çəkinmədən hərbi əməliyyatlara başlaya bilər. Bu dəfə Ermənistanın Azərbaycan üzərində döyüş meydanında uğur əldə etmək şansı sıfıra bərabərdir"./musavat