Hərbi sursat partladı, iki əlini də kəsdilər - AZƏRBAYCANDA

Ağstafa rayon sakini hərbi sursatın partlaması nəticəsində ağır yaralanıb.
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb.
Kənd sakini 1974-cü il təvəllüdlü Yaşar Mustafayev hərbi sursatı əlinə alıb və bu zaman partlayış baş verib.
Xəsarətlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Y. Mustafayevin hər iki əli amputasiya olunub.
İlkin məlumata görə, hadisə kənd ərazində hərbi sursatlar yığılan ərazidə baş verib.
Faktla bağlı araşdırma aparılır.