“HƏRBİ ƏMƏLİYYATLAR ARTIR...”

Baxış sayı:
5065

Muxalifət.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın nüvə silahından istifadə ilə bağlı məhdudiyyəti azaltmasından narahat olduğunu bildirib. Moskvadakı Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edən Lavrov deyib: “Strateji sabitlik sahəsində Vaşinqton hərbi üstünlük və bərabərliyin pozulmasını prioritet hesab edir. Rusiya sərhədlərində qlobal raket hücumundan müdafiə sistemləri yerləşdirmək uğrundakı səyləri və NATO-nun hərbi əməliyyatları artır. Bizim üçün ABŞ-la bağlı narahatverici məsələ nüvə silahından istifadə ilə bağlı məhdudiyyətin azaldılmasıdır”./Hurriyyet.org