Hərbi hissədə partlayış

Baxış sayı:
1828

İyulun 6-da səhər saatlarında Azərbaycanın hərbi hissələrindən birində bədbəxt hadisə baş verib.
 
Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış baş verib.
Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verib, səbir diləyib.
Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, partlayış hadisəsi ilə bağlı xarici media agentlikləri də məlumat verib.
Müxalifət.az