Hərbi çevriliş SON ANDA ƏNGƏLLƏNDİ

Baxış sayı:
781

İordaniya Kralı 2-ci Abdullah Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə özünə qarşı hərbi çevriliş cəhdi olacağı məlumatını alandan sonra bu işi həyata keçirəcək olan iki qardaşını və əmisioğlunu ordudakı vəzifələrindən azad edərək ev həbsinə məhkum edib.
 
İddiaya görə, Kral 2-ci Abdullahın şahzadə qardaşı və əmiosiğlunun Səudiyyə Vəliəhd Şahzadəsi Məhəmməd binSalman və Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Zayed ilə əlaqədə olduqları müəyyən edilib.
Qətərdə dövlət çevrilişinə cəhd edən, alınmayınca da ölkəni sanksiyalarla blokadaya alan, sonra Livanda baş nazir Səad Həririni girov saxlamaqla istefaya məcbur edən, ancaq bu planı da boşa çıxan, Fələstin prezidenti Mahmud Abbası təslim olmağa məcbur edən ABD-İsrail-BƏƏ tandemi bu dəfə də İordaniyaya əl atıb.
 
ÇEVRİLİŞ ŞÜBHƏSİ İLƏ EV HƏBSİNƏ MƏHKUM ETDİ
 
İordaniya Kralı 2-ci Abdullah, qardaşları Şahzadə Faysal bin Hüseynlə Şahzadə Əli bin Hüseyni və əmisioğlu Talal bin Muhammədi Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə hərbi çevriliş edəcəyi şübhəsi ilə ev həbsinə məhkum edib.
Ərəb mediası “Al-Sura”nın verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Məhəmməd bin Zayedin Kral 2-ci Abdullanı devirmək üçün 2 qardaş və əmioğlu ilə razılaşıb.
İordaniya xüsusi xidmət orqanları bu razılaşma haqda məlumat alandan sonra Kral 2-ci Abdullah, iki qardaşını və əmisioğlunu ordudakı vəzifələrindən vaxtından əvvəl tərxis edərək ev həbsinə məhkum edib.
Qeyd edək ki, Qətərdə də Səudiyyə və BƏƏ-nin işbirliyi ilə hakimiyyət çevrilişinə cəhd olunmuşdu, ancaq son anda Türkiyə ordusunun müdaxiləsi ilə çevrilişin qarşısı alınmışdı. İordaniyada planlaşdırılan hərbi çevrilişin qarşısının alınmasında da Türkiyə MİT-nin xüsusi rol aldığı bildirilir. Bu isə o deməkdir ki, Türkiyə ABŞ-İsrail ittifaqının planlaşdırdığı “Yaxın Şərq oyununu” pozmaqda davam edir.
Müxalifət.az