Hərbi bazaya hücum: Çox sayda ABŞ əsgər öldü!

Baxış sayı:
13807

 Taliban döyüşçülərinin Əfqanıstanın cənubundakı Helmand vilayətində yerləşən Şorab hərbi bazasına təşkil etdiyi hücum təcavüzkarların öldürülməsi ilə sona çatıb.
 
Helmandın İcra Hakimiyyəti Şorab hərbi bazasına hücum təşkil edən 20 döyüşçünün saatlarla davam edən döyüşlərdən sonra zərərsizləşdirildiyini açıqlayıb.
Hücumda 5 təhlükəsizlik əməkdaşının həyatını itirdiyi ifadə edilən açıqlamada, bazanın təhlükəsizliyinin təkrar təmin olunduğu bildirilib.
Bir hadisə şahidinin yerli mətbuata verdiyi açıqlamada, hücumda 25 təhlükəsizlik əməkdaşının öldüyü irəli sürülüb.
Talibandan edilən açıqlamada isə, hücumda aralarında ABŞ-lı əsgərlərin də olduğu çoxlu sayda təhlükəsizlik əməkdaşının öldürüldüyü iddia edilib.
Helmandin Vaşir rayonunda yer alan Şorab hərbi bazasında 215-ci Mayvand Korpus Komandanlığıyla ABŞ hərbi bazası yerləşir.
Müxalifət.az