Hərbçilər Kim Çen İnə raport verdilər: ABŞ-ı vurmağa hazırıq

Şimali Koreya hərbçiləri ölkə rəhbərinə Quam yaxınlığında raket sınağı keçirməyə hazır olduqlarını xəbər veriblər
 
Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçiləri dövlət baççısı Kim Çen Ina Quam adasına raket zərbəsi endirməyə hazır olduqlarını bildiriblər.
Bu barədə "Associated Press" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Şimali Koreya hərbçiləri ölkə rəhbərinə Quam adası yaxınlığında raket sınağı keçirməyə hazır olduqlarını xəbər veriblər.
Cənubi Koreyanın xəbər agentliyi "Yonhap" isə KXDR-in dövlət televiziyasına istinadən Kim Çen Inın çərşənbə axşamı Koreya xalq ordusunun zabitləri ilə ABŞ-ın Sakit okeandakı bazası olan Quama raket zərbəsi endirmək planını müzakirə etdiyini xəbər verib. Qeyd olunur ki, Koreya hərbçiləri dövlət başçısına Qum adasına raket zərbəsi endirilməsi planını təqdim ediblər.
Dövlət başçısı KXDR ordusunun qərargahına baş çəkərək, Quam adasına raket hücumu planı ilə tanış olub. Agentliyin məlumatına görə, "əgər ABŞ özünü düşüncəsiz aparmaqda davam etsə, biz zəruri qərarı qəbul edəcəyik", - deyə Kim Çen In bildirib.