“HƏR ŞEYİ ÇOX YAXŞI BİLİRDİ” – Daha bir deputat Əbülfəs Qarayevi ittiham etdi

Baxış sayı:
1841

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib və bir sıra yüksək vəzifəli şəxsləri həbs edib. Həbs olunanlar arasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da var. Yüksək vəzifəli şəxslərin nədə ittiham olunduğu barədə hələ rəsmi məlumat verilməsə də, həbslərin arxasında korrupsiyanın dayandığına dair məlumatlar yayılıb.

Azərbaycanda Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri həbs olunması bəzi siyasətçiləri və deputatları da cəsarətləndirib. Onlar nazirlikdəki korrupsiya və bəzi başqa cinayətlərin arxasında Əbülfəs Qarayevin özünün dayandığı barədə danışmağa başlayıblar. 

Milli Məclisin deputatları naziri açıq və sərt şəkildə ittiham edirlər. Onların sırasına deputat Elman Məmmədov da qoşulub. O, Əbülfəs Qarayevin nazirlikdə çiçəklənən korrupsiyadan xəbərsiz ola bilməyəcəyini söyləyib.

“Əbülfəs Qarayev 20 ildən artıqdır ki, nazirliyə rəhbərlik edir. Necə ola bilər ki, bütün bu illər ərzində tabeçiliyində olanlar çirkli işlərlə məşğul olublar, nazir isə bilməyib? Hər şeyi çox yaxşı bilirdi”,-deyə o vurğulayıb./azpolitika.info/