"HƏR MƏSƏLƏDƏ TÜRKİYƏNİN YANINDAYIQ" - Qətər bəyanat yaydı

Baxış sayı:
4045

Qətər XİN rəhbəri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani Londonda mətbuata açıqlamasında ABŞ-İran arasında son günlərdə pikk həddə çatan gərginlikdən və regional inkişaf və Qətər-Türkiyə əlaqələrindən danışıb.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir.
İraqdakı son hadisələrin ABŞ-İran gərginliyini yeni mərhələyə çatdırdığını bildirən Əl Sani Qətərin böhranın dozasını azaltmaq üçün hər cür səy göstərdiklərini söyləyib.
"Sərhədindəki çox sayda suriyalıların məsuliyyətini Türkiyə boynuna götürdü"
Qətər və Türkiyə arasındakı təhlükəsizlik, müdafiə, ticarət və iqtisadi sahələr başda olmaqla, çoxyönlü güclü və strateji əlaqələr olduğunu vurğulayan Əl Sani daha sonra bunları qeyd edib:
"Türkiyə prioritet əlaqələrimiz olan ölkələrin başında gəlir. Siyasi baxımdan çox mövzuda həmfikirik. Bunlardan biri də Suriya xalqına kömək etməkdir. Türkiyə, sərhədindəki çox sayda suriyalıların məsuliyyətini boynuna götürdü və Suriyada təhlükəsizlik çökdüyü üçün təhlükəsizlik problemlərinə sinə gərdi. Qətər bu mövzuda Türkiyənin yanındadır. Suriyada vəziyyətin sakitləşməsi, xalqın maraqlarının təmin edilməsi və sülh yolu ilə siyasi həllin olmasını diləyirik. Türkiyə də bizimlə bu mövzuda həmfikirdir. Ancaq öz milli təhlükəsizliyi baxımından məsələlər var, bunlar iki ölkə arasındakı güclü əlaqələrə təsir etmir".
"Hər cür çətinlikdə Türkiyənin yanındayıq"
Əl Sani Qətər ilə digər Ərəb ölkələri arasındakı böhranda Türkiyənin davranışına toxunaraq, "Türkiyə Körfəz böhranının yaşandığı gündən bu yana Qətərın yanında durduğunu göstərdi. Qonşularımıza siyasi təzyiq olan zaman bizi tək qoyub, əleyhimizə oldular və yalnız Türkiyə Qətər xalqına dəstək oldu. Biz bu mövqeyi unutmayacağıq və hər çətinlikdə onun yanında olacağıq", - deyə ifadə edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin 5 iyun 2017-ci ildə Qətərlə bütün diplomatik əlaqələri kəsmək və Körfəz bölgəsində iqtisadi blokada qərarı böhrana səbəb oldu.
Berlində planlaşdırılan Liviya konfransına Qətər dəvət edilmədi
Bu ay Berlində keçirilməsi planlaşdırılan Liviya konfransını da xatırladan Əl Sani Qətərin ev sahibi ölkədən və ya BMT-dən gələn bəzi səbəblərə görə konfransa dəvət olunmaya biləcəyini söyləyib. Ancaq konfransa dəvət edilməmələrinin özlərinin Liviyada siyasi həll müddətini dəstəkləməyəcəkləri mənası vermədiyini vurğulayan Əl Sani, "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin Berlin konfransına çağırılmasını istədi. Çünki Türkiyə Tripoliyə hücum edən Haftar qüvvələrini dəstəkləyən ölkələrin, Liviyanın MBH-ni dəstəkləyən ölkələrdən çox olduğunu görəndə konfransda tarazlıq istədi”, - deyib.

Muxalifet.az