"Hər kəsi təəccübləndirmək üçün şans axtaracağıq" - Yurçeviç

Baxış sayı:
4000

Robert Prosineçki Azərbaycanda dərin iz qoydu, insanlar onu sevdi və hələ də sevirlər. Bu amilin Azərbaycanda işimə kömək edəcəyini düşünürəm. Azərbaycan millisində işləmək fürsətim olacağı üçün çox xoşbəxtəm. Bu əladır və məndə əlavə motivasiya yaradıb".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin yeni baş məşqçisi Nikola Yurçeviç ölkəsinin mətbuatına deyib.

Azərbaycan millisindəki işinə Zaqrebdə başlamağın başqa bir gözəlliyi olduğunu vurğulayan xorvatiyalı mütəxəssis gözləntilər haqda da danışıb: "Avro-2020-nin seçmə qrup mərhələsində yer alan hər komandanın arzuları var. Bu da başa düşüləndir. Xorvatiya qrupun aşkar favoritidir, bunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Hər kəsi təəccübləndirmək üçün şans axtaracağıq. Azərbaycan niyə də Avropa çempionatının xəyallarını qurmasın? Təbii ki, buna ümid etmək lazımdır, elə deyilmi?".

Yurçeviç bildirib ki, yığmamız keçmişdə də rəqiblərini təəccübləndirib:"Keçmişdə komanda Xorvatiya ilə heç-heçə edib. Burada əsas problem belə nəticələrin davamlılığının olmamasıdır. Milliyə ən çox oyunçu verən "Qarabağ" və "Neftçi"nin bəzi matçlarını izlədim. Orada çox təcrübəli futbolçular var. Ancaq millidə heyətin genişliyi ilə balı problem var.Amma komanda ilə razılaşacağıma ümid edirəm".