“Hər kəs sussa belə, TÜRKİYƏ SUSMAYACAQ” - ÇAVUŞOĞLU

Baxış sayı:
3763

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Fələstin və Qüds məsələsində hər kəs sussa belə, Türkiyə susmayacak" deyib.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ-ın İsrail səfirliyini Təl-Əvivdən Qüdsə köçürülməsi qərarına dair açıqlama verib. Çavuşoğlu, "ABŞ-ın verdiyi bu qərar səhvdir. Bu yanlış qərara ortaq mövqe nümayiş etdirməyimiz lazımdır. Son zamanlar İslam dünyasının içində, xüsusən də Ərəb Liqasının içində, açıq demək lazımdır ki, bu məsələdə bir qədər tərəddüdlər, hətta geri çəkilmələr görürük. ABŞ-dan çəkinən bəzi ölkələrin Fələstin mübarizəsini müdafiə etməkdə geri addım atdığını görürük. Bu çox yanlış bir fikirdir, dəhşətli bir səhvdir. Tarix və ümmət bunu bağışlamaz. Bu ölkələr, İordaniyaya və Fələstinə də təzyiq etməsinlər. Fələstin davasını heç kim müdafiə etməsə, Qüds iddiası məsələsində hər kəs sussa belə, Türkiyə susmayacaq, Türkiyə Fələstin işinin müdafiə etməyə davam edəcəkdir" deyə , söyləyib.
Müxalifət.az