"Hər kim əngəl olmaq istəyirsə..." - Daha bir ölkədən Türkiyəyə S-400 təhdidi

Baxış sayı:
898

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi ABŞ və NATO-dan sonra daha bir ölkəni təşvişə salıb.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Yunanıstan prezidenti Prokopis Pavlopoulos sərhəd qonşusunu təhdid edib.
Şimali Aralıq dənizindəki rəqabəti, Kipr məsələsi və S-400 havadan müdafiə sistemini işarə edərək açıqlamalar verən prezident Türkiyəyə xəbərdarlıq göndərib: “Azadlıq yunan xalqı üçün ən əsas şərtdir. Buna hər kim əngəl olmaq istəyərsə, ona qarşı bütün qüvvəmizlə mübarizə aparacağıq. Avropa İttifaqının bir parçası olaraq beynəlxalq qanunlara hər şəraitdə sadiqik. Ancaq özümüzü müdafiə etməyə hazır olmağımız heç bir zaman unudulmamalıdır. Bizimlə yaxşı münasibətlər qurmaq istəyirsə, Türkiyə də Yunanıstanın bu prinspini yaddan çıxarmamalıdır”.