“Hər birinin başını əzdik…” – Ərdoğan AÇIQLADI

Baxış sayı:
3379

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış edib.
O, Suriyada olan terror qruplaşmaları barədə danışıb:
“Küçələrdə xalqımızı bir-birinə qarşı qoymaq istədilər, imkan vermədik. Terror qruplaşmalarından istifadə edərək ölkəmizi diz çökdürmək istədilər, icazə vermədik. PKK, İŞİD və FETÖ qarışıq hamısının başını əzdik”.
ABŞ-ın Fəthullah Güləni mühafizə etməsinə toxunan Türkiyə prezidenti ABŞ-la son dövrlərdə bir çox sahədə fikir ayrılıqları olduğunu bildirib.
Ərdoğan Rusiya ilə münasibətlərdən də danışıb:
“Rusiya Federasiyası ilə münasibətlər çox sürətlə inkişaf edir. Suriya məsələsində, turzmdə və hərbi məsələlərdə. Biz birgə layihələr həyata keçiririk. Bizi qarşı- qarşıya gətirmək üçün çox cəhdlər oldu, amma bacarmadılar. Ümid edirəm münasibətlərimiz daha da yaxşılaşacaq”.