Həqiqət ortaya çıxdı: BOŞ BAZALAR VURULDU

Baxış sayı:
5050

ABŞ, Fransa və İngiltərənin Suriyaya qarşı təşkil etdiyi hücumun təfərrüatları gün ağaranda ortaya çıxdı. Hücumdan əvvəl Suriya və Rusiyanın hava bazalarını boşaltdığı açıqlanıb.
 
Əməliyyat ağıllarda bəzi sual işarələrinin yaranmasına səbəb olub.
Dənizdən Suriyaya atılan raketlər, boşaldılan hərbi bazaları hədəf alıb.
Raket hücumları nəticəsində yalnız maddi ziyan yaranıb. Ölən, ya da yaralanan olmayıb.
Suriya dövlət televiziyası, dənizdən atılan 30 raketin 10-nun hava müdafiə sistemi tərəfindən məhv edildiyini bildirib.
3 ölkənin təşkil etdiyi hərəkatın gerçək "şou" olaraq ortaya çıxmasından sonra Suriya küçələrində sanki “bayram” nümayişləri keçirilib.
Suriya, İran və Rusiya bayraqları ilə küçələrə çıxan insanlar, Amerika əleyhinə şüarlar səsləndirib.

Müxalifət.az