Hollivud ulduzunun bu bacarığı dünyaya səs saldı - VİDEO

Baxış sayı:
7414

İngilis əsilli Hollivud ulduzu Kira Naytli dünən bir televiziya verilişində qonaq olub.
Muxalifet.az xəbər verir ki, aktrisa pərəstişkarlarına bu günə qədər bilmədikləri bacarığını nümayiş etdirib.
Cimmi Fellonun şousunda qonaq olan Naytli dişləri ilə musiqi ifa edə bildiyini söyləyib. Hollivud ulduzu əvvəlcə “Raindrops Keep Fallinq On My Head” mahnısını, sonra isə “Despacito”nu ifa edib.
Aktrisa bildirib ki, 3.5 yaşlı qızını əyləndirmək üçün bəzən dişi ilə mahnı ifa edir. O, liseydə oxuduğu dövrdə bir dostunun bacarıq müsabiqəsində iştirak etdiyini və ondan ilhamlanaraq dişi ilə musiqi ifa etməyi öyrəndiyini bildirib./olke.az/