​Hollandiyalı futbolçu "Barselona" ilə razılığa gəlib

Baxış sayı:
6775

İspaniyanın "Barselona" klubu heyətinə daha bir futbolçu cəlb etmək üzrədir. Open.az "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbər verir ki, Kataloniya klubu "Ayaks"ın futbolçusu Frenki de Yonqun transferi üçün Hollandiya təmsilçisi ilə ilkin razılığa gəlib. Əldə olunmuş razılığa əsasən, "Barselona" gənc futbolçu üçün 75 milyon avro təzminat ödəyəcək. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. Qeyd edək ki, De Yonqla PSJ, "Bavariya" və "Mançester Siti" də maraqlanırdı.