​Hollandiyada litseyin 275 xristian şagirdi məscidə gəldi - NAMAZ QILDILAR - FOTO

 Hollandiyanın "Almende İsala" liseyinin 275 nəfər şagirdi maraqlı praktika keçiblər.
"Timeturk" xəbər verir ki, tələbələr din dərsi çərçivəsində İslamı yaxından öyrənmək üçün Ulfit qəsəbəsindəki Səlahəddin Əyyubi məscidini ziyarət ediblər.
Məscidin imamı Mehmet Şükrü Alakay tələbələrə İslam dini haqqında geniş məlumatlar verib. "Biz əsl müsəlmanın xarakterini və İslamın nə olduğunu şagirdlərə izah etməyə çalışırıq. Onlarla eyni cəmiyyət içində yaşayırıq. Bizi daha yaxşı anlamaları və tanımaları üçün bunu edirik" — imam deyib.
Şagirdləri məscidə ziyarətə gətirən, liseydə "Həyat Bilgisi" dərsi deyən müəllim Gea Rebel deyib ki, artıq 13 ildir dərs keçdiyi şagirdlərlə birgə bu məscidi ziyarət edirlər.
"Din dərsində İslam haqqında nəzəri məlumat verməkdənsə, məscidi ziyarət edərək Hollandiyadakı müsəlmanların həyat tərzlərini və təcrübələrini yaxından görməyin daha faydalı olacağını düşünürük. Kənardan çox sözlər deyilir. Və təəssüf ki, çoxlarımız deyilənlərə dərhal inanırıq. Bu çox asan bir şeydi. Əsas olan eşitdiklərimizin doğru olub-olmadığını yerində öyrənməkdir. İslam dini haqqında şagirdlərimizin çoxu yanlış təsəvvürdə idilər. Bu ziyarətlə onlar indi tamamilə başqa cür düşünür" — Gea Rebel deyib.
Hollandiyalı tələbələr daha sonra imamla birgə namaz qılıblar./"Sputnik Azərbaycan"/