Hollandiya və Avstriyadan sonra Almaniya da… - Türkiyəyə qarşı SƏRT QƏRAR

Baxış sayı:
2458

Almaniya ölkə ərazisində xarici siyasətçilərin seçki kampaniyasında iştirakına icazə verməyəcək.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.
Türkiyə ilə ötən il yaşanan böhranın təkrarlanmamasını istədiyini vurğulayan Maas bunun hər iki tərəfə də faydasının olmadığını bildirib.
Daha əvvəl isə bənzər bəyanatlar Hollandiya və Avstriyadan gəlmişdi.
Qeyd edək ki, Türkiyədə iyunun 24-nə növbədənkənar prezident seçkiləri təyin edlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən şənbə günü NTV telekanalına açıqlamasında Avropadakı türk vətəndaşlarına səslənəcəyini bildirmişdi.
Xatırladaq ki, 2017-ci il aprelin 16-da Türkiyədə keçirilən referendum öncəsi türkiyəli nazirlərin Almaniyada seçki kampaniyasında iştirakı ləğv edilmişdi. Prezident Ərdoğan bu qərarı “nasist fəaliyyət” adlandırmış və bu, iki ölkə arasında gərginlik yaratmışdı.