Hökumətin tədbirində ABŞ korrupsiyada ittiham olundu

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda dinləmələr keçirilib. Toplantıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elman Nəsirov "Leqal korrupsiya və lobbiçilik - ABŞ siyasi sisteminin elementlərindən biri kimi" mözvusunda çıxışında ABŞ-ı korrupsiyada ittiham edib.

O bildirib ki, 2014-cü ildə noyabrın 4-də Vaşinqton Universitetinin rektoru çıxışında da bunu təsdiqləmişdi: “Hələ 2010-cu ildə ABŞ Ali məhkəməsi deputatlığa namizəd olanlar üçün böyük pullar xərclənilib. Belə çıxır ki, onlar böyük maliyyələri hesabına deputat olublar”.

Politoloq deyib ki, 907-ci maddənin düzəlişi zamanı heç Azərbaycanın harada yerləşməsindən bəzilərinin xəbərləri olmayıb: “Beləcə leqal şəkildə mövqelər dəyişir. Uzağa getməyək, ABŞ-ın prezidenti Barak Obama prezident seçildikdən sonra onun senatorluq yeri boş qaldı. Onun yerində senator olmaq üçün külli miqdarda pul lazımdır. Bundan başqa səfir vəzifəsinə getmək üçün 550-750 min dollar lazım imiş. Yəni, burada vəzifələr böyük vəsait hesabına alınır. Bu onu göstərir ki, ABŞ-ın siyasi sistemində olmaq üçün korrupsiyadan istifadə etmək lazımdır”.