​Hökumətdən müxalif namizədə: Səndən prezident olmaz

Baxış sayı:
5482

Məhərrəm İncənin meydanlarla danışacaq sözü olmadığı üçün TRT üzərindən manipulyasiya edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ müxalif namizədin TRT-ni təhdid etməsinə münasibət bildirərkən deyib.
“Hörmətlə İncəyə buradan səslənirəm. Təhdidlə siyasətdə məsafə qət edilməz, təhdidlə seçkidə qalib gəlmək olmaz, təhdidlə prezident heç olmaz”, - deyə Bozdağ bildirib.
Qeyd edək ki, CHP-dən prezidentliyə namizəd Məhərrəm İncə TRT-nin müxalifətin mitinqlərini yayımlamadığını əsas gətirərək, telekanalı təhdid etmişdi.